Martın 22-də Londonda terror aktı törədilən zaman parlament binasında olan baş nazir Tereza Meyin qaçırılması anı ortaya çıxıb.
Terrorçu parlament binasına hücuma keçən zaman Tereza Mey xüsusi kəşfiyyat orqanlarının əməkdaşları tərəfindən binadan çıxarılıb.
Qaçış anını əks etdirən videoda baş nazir Meyin təşvişə düşdüyü görünür.
Videogörüntülər bir sosial şəbəkə istifadəçisi tərəfindən çəkilib. “The Sun” qəzeti həmin görüntüləri yayıb.