“Qatar Airways” aviaşirkəti gələn həftədən etibarən ABŞ-a səfər edəcək sərnişinlər üçün müvəqqəti dizüstü kompüter xidmətini tətbiq edəcək.
“bloomberght.com” saytı xəbər verir ki, ABŞ-ın bəzi aviaşirkətlərində elektron cihazlardan istifadənin məhdudlaşdırılması səbəbindən “Qatar Airways” sərnişinlərinə uçuş zamanı işlərini davam etdirə bilmələri məqsədilə müvəqqəti dizüstü kompüter verəcək.
Şirkətdən bildirilib ki, bu xidmət yalnız “biznes-klass” sərnişinlərinə göstəriləcək.
Qeyd edək ki, ABŞ tərəfindən ölçüsü mobil telefondan daha böyük olan elektron cihazlardan təyyarədə istifadənin qadağan olunması hər gün 50 nəfərə yaxın şəxsin iş fəaliyyətinə mənfi təsir edir.