ABŞ-ın dövlət katibi Reks Tillerson aprelin 11-12-də Moskvaya işgüzar səfərə gələcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
ABŞ dövlət Departamentindən Tillersonun aprelin 12-də Moskvaya səfər edəcəyi xəbərini təsdiqləyiblər. Onun Rusiya XİN rəhbəti Sergey Lavrovla görüşəcəyi bildirilib.