Şri-Lankanın paytaxtı Kolomboda zibil qalağının yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 30 nəfər həlak olub.
Bir neçə gün əvvəl baş vermiş hadisə ilə əlaqədar axtarışlar davam etdirilir.
Məlumatda qeyd olunur ki, nəhəng zibil qalağının çökməsi nəticəsində 100-ə yaxın gecəqondu ev dağıntılar altında qalıb. 500-dən çox adam evindən məhrum olub.
Xilasedicilər bölgədə çoxlu sayda itkin düşənlərin olduğunu ehtimal edir.(trend)