Rusiyanın paytaxtı Moskvada yaşayan bir xanım bu yaxınlarda vəfat etmiş babasından qalma əşyalar arasında Qurani-Kərimin nadir nüsxəsini tapıb.
Anaşka Hacı Murad adlı bu qadına XVI əsrə aid olan nadir Quran nüsxısi miras qalmışdır. Xanım qarşısında qədim əlyazmasını görəndə onu açıq auksionda satmaq qərarına gəldi. Burada ona aydıın oldu ki, babasından ona Quran-Kərimin XVI əsrə aid və qiyməti milyonlar dəyərində olan nadur bir nüsxəsi miras qalmışdır.
Xanım Anaşka Hacı Murad televiziya müsahibəsində demişdir: “Biz analiz apardıq və məlum oldu ki, bu nüsxənin tarixi XVI əsrin ilk illərinə gedib çıxır.
Əlyazmada onun yazıldığı yerin adı və tarixindən bəhs edən ayrıca bir səhifə də vardır”. Nadir Quran nüsxəsinin sahibəsi daha sonra deyir ki, Londondan ona bu nüsxəni əvvəlcə 12 milyon və daha sonra 45 milyona satmaq barədə təklif də gəlmişdir.
Lakin anlaşma baş tutmadı, çünki xanım, Qurani-Kərimin nadir nüsxəsini satmaqla dinini alış-veriş obyektinə çevirmək fikrindən daşındı. Xanım bu Quranı məscidlərin birinə hədiyə etmək qərarına gəlmişdir. O bu barədə deyir ki, misal var deyərlər: “Xoşbəxlik mal-dövlət üzərində qurulmur” və əlavə edir:
“Biz bu nadir nüsxəni satmaq qərarına gəlmişdik. Lakin sonra onu hədiyə etmək qərarına gəldik. Məsciddə o daha etibarlı əllərdə olar, mühafizə edilər. İstədiyimiz vaxt onu görə bilərik, bizdən sonra uzun illər boyu uşaqlarımız və nəvələrimiz də onu görə biləcəklər”.
Xanım Anaşka həmçinin deyir ki, bu nadir əlyazması nüsxəsi Suriyada yazılmışdır, onu görən hər kəs uzun müddət keçməsinə baxmayaraq, necə yaxşı vəziyyətdə qalmasına, bütün ayə və surələrin tam aydınlıqla oxunulmasına təəccüblənirdi.
Babası nəvəsinə demişdi ki, onda Qurani –Kərimin əlyazması vardır, əgər ərəb dilini öyrənə bilsə bu nüsxəni ona verəcəkdir. Xanım doğurdan da ərəb dilini öyrənir və sonda Qurani-Kərimin nadir nüsxəsinə sahib olur.