Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

Dünya A- A A+

Gürcüstanın dövlət konstitusiya komissiyası yekun iclasında səs çoxluğu ilə ölkənin Əsas qanununa dəyişikliklər layihəsini təsdiq edib.

Lahiyə son dörd ay ərzində ətraflı müzakirə edilib və işçi qruplar tərəfindən redaktə edilib. Konstitusiya dəyişikliklərinin layihəsini komissiyanın 43 üzvü dəstəkləyib, 8 nəfər əleyhinə olub.

Konstitusiya komissiyasının rəhbəri İrakli Kobaxidzenin sözlərinə görə, konstitusiyaya edilən düzəliş və dəqiqləşdirmələrin məqsədi prezident səlahiyyətləri və icra hakimiyyəti arasında dəqiq sərhədlərin çəkilməsidir.

Yeniləşən konstitusiya layihəsində fundamental dəyişikliklərdən biri parlament seçkiləri üçün qarışıq proporsional-majoritar sistemdən proporsional sistemə keçiddir.

Digər dəyişiklik, prezidentin seçilməsi qaydasına aiddir. Bununla prezident birbaşa səsvermə yolu ilə deyil, parlament tərəfindən seçilir.

Qeyd edək ki, Gürcüstan Prezidenti Marqvelaşvili Konstitusiya dəyişikliyini kəskin şəkildə tənqid edib və bunu prezidentin səlahiyyətlərinə müdaxilə adlandırıb.(azvision.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...