Misir və ABŞ Qırmızı dənizdə ortaq hərbi təlimə start veriblər.
Bir neçə gün davam edəcək təlim “Qartalın salamı 2017” adlanır. Təlimə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Pakistan və İtaliya müşahidəçi olaraq qatılıb.
Qeyd edək ki, Trampın hakimiyyətə gəlməsindən sonra Misir və ABŞ arasında əlaqələr yaxşılaşıb. Vaşinqtonun Misir lideri Əbdülfəttah Sisiyə dəstək verməsi onun ölkə daxilində də mövqelərinin gücləndirməsinə səbəb olub. Bəzi ekspertlər Sisinin Tramp dövründə ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olacağını iddia edirlər.