İndoneziya ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yararlanmaq niyyətindədir.
İndoneziya qəhvə, palma yağı və müxtəlif müdafiə məhsullarının əvəzində Rusiyadan qırıcılar alacaq.
Bu haqda İndoneziyanın ticarət naziri Enggartiasto Lukita bildirib. Adıçəkilən məhsulların əvəzində ümumilikdə 11 ədəd Su-35 hərbi təyyarəsinin alınması planlaşdırılır.