Latviya höküməti ictimai yerlərdə niqabı qadağan edən qanun layihəsini təsdiq edib.
Niqabın qadağan edilməsi ilə bağlı qanun layihəsi müsəlman qaçqınların ölkəyə gəlməsindən sonra müzakirə edilib.
Parlamentdəki partiyalar sözügedən qanun layihəsini qəbul etdikdən və ölkə prezidenti imzaladıqdan sonra qanun qüvvəyə minəcək.
Qeyd edək ki, qanun layihəsinə əsasən həkim, xilasedici, yanğınsöndürən və bu kimi peşə sahibləri üzü örtmək hüquqlarından istifadə edə biləcəklər.