ABŞ-lı aktrisa və müğənni Barbara Kuk 89 yaşında tənəffüs dayanması səbəbindən dünyasını dəyişib.
Bu barədə “New York Post”a onun oğlu Adam Leqrant məlumat verib.
Xatırladaq ki, Barbara Kuk 1950-ci illərdə populyarlıq qazanmağa başlayıb. O, aktrisa və müğənnilik karyerası boyunca “Toni” və “Qremmi” mükafatlarını qazanıb.