Türkiyədə polis formasında olan 12 terrorçu axtarışa verilib.
Bu terrorçuların ölkənin böyük şəhərlərində terror aktları planlaşdırdığı ehtimal olunur.
Terrorçuların bu planlarının üstü Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçirdiyi xüsusi əməliyyat zamanı açılıb.
Qeyd edək ki, həmin əməliyyat zamanı Adanada PKK terror təşkilatının bir üzvü ələ keçirilib. (trend)