Rusiyanın Novosibirsk vilayətinin Kupinsk rayonunda yerləşən Sladkoye gölü (Şirin göl) sərhədlərin demarkasiyasından sonra Qazaxıstana verilib.
Demarkasiyadan sonra göl bütövlükdə Qazaxıstanın ərazisi olub.
"Demarkasiyayadək Kupinsk rayonunun Pokrovka kəndindən 5 km aralıda yerləşən Sladkoye kəndi Rusiyanın ərazisi sayılırdı. Ov mövsümündə Novosibirsk və Omsk vilayətlərindən çoxlu sayda həvəskar ovçu gölə gələrdi", - məlumatda vurğulanıb.
Kupinsk rayon hakimiyyəti yerli sakinləri və qonaqları sərhəd rejimini pozmamağa çağırır. (report)