Rusiyanın Surqut şəhərində naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib.
Bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilir.
Hadisə zamanı cinayətkar səkkiz nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdiriblər.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)