Məşhur amerikalı komediya aktyoru Cerri Lyuis (Jerry Lewis) vəfat edib.
O, Las-Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.
1950-ci illərdə “The Bellboy” və “The Nutty Professor” filmləri ilə məşhurlaşmağa başlayan Cerri Lyuis uzun zamandır xəstə idi.
Komediya ustası, müğənni, prodüser, rejissor, ssenarist, aktyor Cerri Lyuis 16 mart 1926-cı ildə anadan olub. O, film, televiziya, səhnə və radiodakı yumoristik çıxışları ilə tanınırdı. (Kulis.az)