Ukraynanın nəzarətində olmayan Donbas ərazilərindəki Rusiya qüvvələri təmas xəttinin yaxınlığında yerləşən mülki müəssisələrdə Minsk sazişi ilə qadağan edilmiş silah və hərbi texnika gizlədirlər və ATƏT-in xüsusi monitorinq missiyasının müşahidəçilərini həmin əraziyə buraxmırlar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi informasiya yayıb.
“Silahların aşkarlanmasının qarşısını almaq üçün düşmən həmin obyektlərin yoxlanılması zamanı ATƏT nümayəndələrinin işlərini məhdudlaşdırır və ya texnikanı köçürür”, - idarədən bildirilib.
Qadağan edilmiş silah və hərbi texnikanın “Debaltsevo” metallurgiya maşınqayırma zavodunun ərazisində olduğu qeyd olunub.(axar.az)