Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb.
Səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.
Qeyd edək ki, avqustun əvvəlində 59 yaşlı yazıçı-jurnalist Həmzə Yalçın İspaniyada Türkiyə hökumətinin sorğusuna əsasən saxlanılıb.
Türkiyə yazıçını terrorçularla əlaqədə ittiham edir.
İsveç vətəndaşı olan daha bir fəal- Ali Qaravi də terror ittihamı ilə iyulda Türkiyədə həbs edilib. (Trend)