Belarus prezidenti Aleksandr Lukaşenko 26 avqustda öz sahəsində kartof yığımı ilə məşğul olub.
Virtualaz.org bildirir ki, bu barədə "BelTA" Lukaşenkonun mətbuat xidmətinə istinadən xəbər yayıb.
“Bu gün prezidentin sıx qrafikində nisbətən boş vaxt yarandı və o öz sahəsində işləyərək məhsul yığdı", — deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, cəmi üç hektarın məhsulu yığılıb və onun ümumi çəkisi 105 ton təşkil edib.
Agentlik həmçinin dəqiqləşdirib ki, məhsulun bir hissəsi sosial müəssisələrə - uşaqlara və yaşlı insanlara göndəriləcək.