Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq ikinci dəfə ata olub.
O, bu barədə öz şəxsi hesabında məlumat verib.
Uşağa Avqusta adı verilib. Zukerberq Facebook-da yeni doğulmuş qızına məktub da ünvanlayıb. O, körpəsinə sehrli uşaqlıq arzulayıb:
“Avqustina, biz səni çox sevirik və xoşbəxtik ki, səninlə bu gözəl macəraya yollanacağıq. Sənə sevinc və sevgi arzulayırıq”, - milyarder və onun həyat yoldaşı Prisçilla Çanın adından yazılan məktubda deyilir.