Ermənistanın stasionar müşahidə stansiyası olan Ətraf mühitin monitorinqi və informasiya mərkəzinın məlumatına əsasən, İrəvanda yanan “Nairit” kimya zavodundan kənar ərazidə kükürd dioksid konsentrasiyası icazə verilən həddi 1,2-1,7 dəfə keçib.
Erməni mətbuatı xəbər verir ki, aparlan monitorinq zamanı azot dioksid konsentrasiyasının müvafiq norma göstəricilərini aşmadığı məlum olub.
Qeyd edək ki, İrəvanda kimya zavoduda yanğın ikinci gündür davam edir. Yanğının qarşısı almaq mümkün olmayıb.(azvision.az)