Türkiyənin İstanbul şəhərinin şimalında güclü leysanla müşayiət olunan fırtına başlayıb.
Fırtınanın Kəmərbugaz və ətraf ərazilərdə daha güclü hiss edildiyi bildirilib.
Aidiyyatı qurumlar əhaliyə xəbərdarlıq edərək, ehtiyac olmadıqca evdən çıxmamağı məsələhət bilib.
Hava şəraitinin gecə yarısına kimi davam edəcəyi qeyd edilib.
Aviareyslərin təxirə salınacağı istisna edilmir.(axar.az)