“Bu, Nazarbayevin strategiyasıdır” - Hakimiyyət ötürülür? | Eurasia Diary - ednews.net

25 Avqust,


“Bu, Nazarbayevin strategiyasıdır” - Hakimiyyət ötürülür?

Dünya A- A A+
Bu il Qazaxıstan Konstitusiyasında aparılan islahat “hakimiyyətin ötürülməsi”nə hazırlıqla bağlı deyil.
 
Bu haqda Qazaxıstan Konstitusiya Şurasının sədri İqor Roqov bildirib.
“İslahatlar Qazaxıstanın sonrakı demokratikləşməsi üzrə trendin davamıdır. İndi prezident fəal işləyir və öz planlarını heç vaxt bölüşmür. Amma mənə bildirilir ki, bu hansısa gələcək dəyişikliklərlə bağlı deyil", - Roqov jurnalistlərə deyib.
 
Konstitusiya Şurasının sədri isə 2008-ci ildə həyata keçirilən islahatı xatırladıb. Həmin vaxt respublikada parlamentin səlahiyyətləri genişləndirilmişdi.
“Bu Qazaxstan trendidir. Hakimiyyətin tədricən demərkəzləşdirməsi, prezidentin səlahiyyətlərinin tədricən ötürülməsidir. Bu bir dəqiqəlik qərar deyil, prezidentimizin çoxdan fikirləşdiyi strategiyadır”, - Roqov yekunlaşdırıb.
 
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il yanvarın 25-də Konstitusiya islahatlarına hazırlığı elan edib. İslahatlar prezident səlahiyyətlərinin bir hissəsinin parlament və hökumətə ötürülməsini nəzərdə tuturdu. Müvafiq qanun layihəsi martın 6-da parlament palatalarının birgə iclasında qəbul edilib. Bəzi analitiklər bütün bunları “hakimiyyətin ötürülməsinə” hazırlıq kimi qiymətləndirirlər.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...