ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində naməlum şəxs 1 polisi güllələyib və daha 2 nəfəri yaralayıb.
Atışma hotellərdən birində olub. Hadisə zamanı polis şerifinin müavini ağır yaralanıb. O, sonradan ölüb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs avtomobillə ərazidən qaçaraq gizlənib. Lakin sonradan yaxalanıb. Onun da yaralandığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisəni təhqiq edir. (report)