Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində avtomobil gözlənilmədən istiqamətini dəyişərək, böyük manevr edib və səkində dayanan piyadaları vurub.
Nevski prospektində baş verən hadisədə “Ford Mondeo” markalı avtomobilin sürücüsü naməlum səbəblərdən səkiyə çıxaraq piyadaları vurub. Hadisə nəticəsində 4 piyada orta dərəcəli bədən xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır.