Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında növbəti dəfə telefon danışığı baş tutub.
Tərəflər Rusiya və ABŞ arasında diplomatik nümayəndəliklərə qarşı atılan addımları müzakirə ediblər.
Rusiya XİN-dən verilən məlumatda bildirilir ki, Tillerson Lavrova ABŞ-ın Rusiyanın diplomatik nümayəndəliklərinə qarşı tətbiq ediləcək məhdudiyyətlər barədə məlumat vermək üçün zəng edib.
Qeyd edək ki, tərəflər arasında ötən gün də telefon əlaqəsi yaradılmışdı. Bu gün isə ABŞ artıq San-Fransisko, Vaşinqton və Nyu Yorkdakı diplomatik nümayəndəliyin bağlanılmasını Rusiyadan tələb edib.(axar.az)