Somalinin şimal-şərqində baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər həlak olub.
Partlayış cümə günü Puntlend rayonunun yaşayış məntəqələrinin birində baş verib. Həlak olanlar arasında hərbçilər və dinc sakinlər var.
Partlayışa görə məsuliyyəti "Əl-Qaidə"yə bağlı "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb.