Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç üçüncü dəfə ata olub. Virtualaz.org Ukraynanın “strana.ua” nəşrinə istinadən xəbər verir ki, Yanukoviçin üçüncü oğlu keçmiş dövlət başçısı Maydan hadisələri vaxtı ölkəni tərk etdikdən dərhal sonra anadan olub.
Mənbəyə görə, 67 yaşlı eks-prezidentin kiçik oğlunun hazırda 3 yaşlı oğlu böyüyür. Uşağın anası isə Viktor Yanukoviçin qeyri-rəsmi nikahda yaşadığı Lyubov Polejaydır. O, oğlan uşağını 2014-cü ildə dünyaya gətirib.
Xatırladaq ki, daha öncə Almaniyanın “Spiegel” nəşri Rusiyaya köçdükdən sonra Yanukoviçin ailəsində böyük dəyişikliklərin baş verdiyini yazmışdı. Qeyd olunurdu ki, eks-prezident həyat yoldaşı Lyudmiladan boşanıb və keçmiş aşbazının bacısı ilə birgə yaşamağa başlayıb. Yanukoviçin mətbuat xidməti bu iddiaları qətiyyətlə rədd etmişdi.