Xəbər verdiyimiz kimi, Ukraynanın kütləvi informasiya vasitələrində ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin 3 il bundan əvvəl daha bir oğlunun anadan olması barədə məlumat verilib.
Virtualaz.org bildirir ki, bu gün sosial şəbəkələrdə eks-prezidentin sonbeşiyinin anasının fotoşəkli yayımlanıb.
Almaniyanın “Spiegel” nəşrinin iddiasına görə, Ukraynadan qaçdıqdan sonra Yanukoviç həyat yoldaşı Lyudmiladan boşanıb və hazırda keçmiş aşbazının bacısı ilə yaşayır. 3 yaşlı uşağın anasının isə Lyubov Polejay olduğu deyilir.
Lyubov Polejayla uşağın hazırda Krımda yaşaması iddia olunur.