Myanmarın Arakan ərazisindən 60 minə yaxın müsəlman Banqladeşə qaçıb.
“Yeni Şəfəq” xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki sözcüsü Vivian Tan deyib.
“Myanmarın cənub-şərqində yerləşən Arakan ərazisinə ordu və buddist millətçilərin hücumlarından qorunmaq istəyən müsəlmanlar qanunsuz yolla Banqladeşə qaçıb. Hücumlar son bir həftədə 400 nəfərin ölümü ilə nəticələnib”, - deyə o bildirib. (Axar.az)