"Rusiyasız mümkün deyil" - Merkel etiraf etdi | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


"Rusiyasız mümkün deyil" - Merkel etiraf etdi

Dünya A- A A+

 "Rusiyanın iştirakı olmadan Avropada sülhü qoruyub saxlamaq mümkün deyil"

Bunu Almaniyanın Kansleri Angela Merkel deyib. O, internetdə yerləşdirilən videomüraciətində bildirib ki, biz Avropada sülhə yalnız Rusiya ilə birlikdə nail ola bilərik.

Almaniya Kansleri vurğulayıb ki, NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlərin Əsas Aktının müddəalarının pozulmasına heç vaxt tərəfdar olmayıb. Avropanın təhlükəsizlik və müdafiə siyasəti nöqteyi-nəzərindən Rusiya ilə yaxşı əlaqələrin bərpası üçün ciddi səy göstərilməlidir.
 
“Buna nail olan zaman danışıqların miqyasını və intensivliyini bərpa etmək üçün başlanğıc nöqtəmiz olacaq”, - deyə Kansler əminliklə bildirib.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...