Venesuela Prezidenti Nikolas Maduro gələn həftə keçiriləcək BMT-nin İnsan Hüquqları Şurasında çıxışdan imtina edib.
Bu sözləri BMT-nin İnsan Hüquqları Şurasının sözçüsü Rolando Qomez deyib.
“Konfransda Venesuela Prezidenti Nikolas Maduronun yerinə Xarici İşlər naziri Xorxe Arreasa Monserrat iştirak edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, dünən Maduronun 11 sentyabrda Cenevrədə başlayacaq və 3 həftə davam edəcək danışıqların ilk günündə çıxış edəcəyi açıqlanmışdı.