Moskva dairə hərbi məhkəməsi erməni terrorçu Aram Petrosyan barədə hökm çıxarıb.
"Ria Novosti" xəbər verir ki, Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan öncə dövlət ittihmaçısı erməni biznesmen Aram Petrosyanın 13 il müddətinə həbs edilməsini istəmişdi.
Qeyd edək ki, O, 2016-cı ilin avqustunda “Sitibank”ın Moskvanın mərkəzindəki filialında insanları girov götürərək, filialı partlatmaqla hədələmişdi. Sonradan hüquq-mühafizə orqanlarına təslim olan Petrosyan biznesinin müflisləşməsi məsələsinə diqqəti cəlb etmək istədiyini bildirmişdi. (AzVision.az)