“İrma” tropik qasırğası Puerto Riko sahillərinə çatıb.
Ən təhlükəli 5-ci kateqoriyaya aid edilən “İrma” qasırğası bəzi adalarda yaşayış ərazilərinin 90 faizini yerlə yeksan edib. BMT-nin “İrma” ilə bağlı açıqladığı hesabatda qasırğanın ümumilikdə 37 milyon insanın gündəlik fəaliyyətinə təsir edə biləcəyi vurğulanıb.
Puerto Riko sahillərinə çatan qasırğa ölkənin elektrik sistemlərinə çox ciddi ziyan vurub. 285 min evin elektrik təchizatı dayandırılıb. Bəzi ərazilərdə elektrik enerjisinin bərpasının 6 aya qədər çəkə biləcəyi bildirilib. 4500 nəfərin su təchizatında problemlər yaşanıb, minə yaxın insan isə gecəni sığınacaqlarda keçirtmək məcburiyyətində qalıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Puerto Riko adasında və Florida ştatında fövqəladə vəziyyət elan edib. (Axar.az)