ABŞ-a doğru 5-ci kateqoriyada irəliləyən “İrma” qasırğasının ilk vuracağı əyalət olan Floridada sakinlərin təxliyə edilməsinə qərar verilib.
5 milyon 600 min insanı əhatə edəcək bu proses insan sayı baxımından ABŞ-da keçirilən ən böyük təxliyədir.
Təxliyə ştat nüfuzunun 25%-ni əhatə edəcək. Təhlükəsiz yerlərə aparılan insanlar üçün düşərgələrin salınması nəzərdə tutulub. Bununla yanaşı, bir çox otel də sakinlər üçün bağladılacaq.
Bu ana qədər Atlantik okeanında yerləşən ada ölkələrində minlərlə evi darmadağın edən, 20 nəfərin ölümünə səbəb olan “İrma” qasırğasının Florida əyalətinə çatmasına 450 km məsafə qalıb.
Qasırğanın hədəfində Florida ilə yanaşı, Şimali və Cənubi Karolina, Corcia və Vircinia əyalətlərinin də olduğu bildirilib. Bu bölgələrdə isə fövqəladə vəziyyət elan edilib. (Publika.az)