Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində sərnişin qatarı ilə “KamAZ” yük maşını toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.
Hazırda hadisə yerinə xilasedicilər cəlb edilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.