Qazaxıstanın hərbi məhkəməsi Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Nartay Dutbayevi dövlət sirlərini yaydığı üçün 7il 6 ay həbs cəzasına məhkum edib.
O, həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub. Həbs cəzası ilə birlikdə general-leytenant rütbəsindən və dövlət mükafatlarından məhrum edilib.
Xatırladaq ki, 2016-cı ilin dekabrında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi dövlət sirlərinin yayılması ilə bağlı bir sıra məmurlara, o cümlədən Nartay Dutbayevə qarşı cinayət işi qaldırmışdı.(avropa.info)