Xarici jurnalistlər Arakana getdi dəhşətli faktlar üzə çıxdı - FOTOLAR

Dünya 13:24 14.09.2017

Myanma hökuməti Arakanda baş verənləri öz gözü ilə görmək üçün 18 xarici və yerli jurnalist üçün həmin bölgəyə təşkil edib.

BBC-nin müxbiri də bu qrupun tərkibində Arakan və digər ərazilərə baş çəkib. Radionun əməkdaşının hazırladığı reportajda bir sıra maraqlı məqamlar üzə çıxıb.

BBC-nin Cənubi-Şərqi Asiya üzrə müxbiri Conatan Headın reportajını oxuculara təqdim edirik:

-Son iki həftə ərzində Raxin ştatından Banqladeşə pənah gətirmiş 300 min Rohinca müsəlmanın hamısı Myanmanın şimal əraziləri olan Maungdau, Buthidaung və Rathedaung rayonlarından gələnlərdir. Bu əraziyə baş çəkmək üçün hökümətdən xüsusi razılıq almaq lazımdır. Səfər zamanı yalnız hökumətin göstərmək istədiyi yerlərə baş çəkməyə icazə verilsə də, hətta belə şəraitdə də, bəzən, qiymətli təfsilatlar əldə etmək mümkün olur.

Bununla yanaşı, hökumətin məsələyə öz baxışı var. Həmin baxışı da bilmək lazımdır. Hökumət silahlı üsyanla qarşılaşıb, lakin bəziləri deyə bilər ki, rohincaları üsyana qaldıran elə hökumətin özü olub.

Raxin ştatının paytaxtı Sittveyə çatanda bizə təlimat verildi ki, heç kim qrupu tərk edib təkbaşına işləməsin.Ərazidə axşam saat 6-dan sonra komendant saatı tətbiq olunur. Odur ki, gecə saatlarında gəzişmək də qadağandır.

Getmək istədiyimiz yerlərə çatmaq üçün icazə almaq gərəkdir. Bizim bu cür xahişlərimiz təhlükəsizlik səbəbindən təmin olunmamışdı. Sittvedən Buthidaunga 6 saatlıq yol var. Oradan da Maungdava çatmaq üçün daha 1 saat lazımdır.

Şəhərə yaxınlaşdıqca, ilk yandırılmış kəndin qarşısından keçdik. Həmin kəndin adı belədir – Myo Thi Gyi.

Foto: Maungdav-da yerli müsəlman icmasından qalanlar yalnız bunlardır

Hökumətin məqsədi Banqladeşə pənah gətirən Rohinca qaçqınlarının danışdıqları və Myanmanı mənfi tərzdə təsvir edən əhvalatları balanslaşdırmaq idi. Rohincalar, Myanma hərbiyyəsi və Raxində qaragüruhçuları tərəfindən məqsədyönlü şəkildə məhvetmə kampaniyasının aparıldığını və insan haqlarının pozulduğunu bildirirlər. Lakin balans yaratmaq səyləri burada büdrəyib. Bizi, ilk olaraq, Maungdavda balaca bir məktəbə gətirdilər. İndi burada köçkün hindu ailələri yerləşdirilib. Onlar deyir ki, müsəlmanların hücumlarına məruz qalıblar. Lakin, nədənsə, Banqladeşə qaçan hindular danışır kı, yerli Raxin buddistlərinin hücumlarına məruz qalırdılar. Çünki buddistlər hinduların Rohinca müsəlmanları olduqlarını güman ediblər. Məktəbdə hindular polis və rəsmilərin əhatəsində idi.

Onlar sərbəst danışırdılarmı?

Foto: Yerli buddist rahib deyib ki, müsəlmanlar evlərini özləri yandırır

Bir kişi mənə əsgərlərin onların kəndini atəşə necə tutduğunu danışmağa başlayanda onun qonşusu onun danışdığına düzəlişlər etməyə başladı. Bir qadın müsəlmanların hücumları barədə hamıdan çox danışırdı. Sonra bizi Budda məbədinə apardılar. Oradakı rahib müsəlmanların evlərinin elə müsəlmanların özü tərəfindən yandırıldığını bildirib.

Bizə həmin hadisələrin fotoşəkilləri paylandı. Həmin şəkillər qəribə idi – ağ rəngli araqçın taxmış bir qrup kişi bir daxmaya od vurmağa hazırlaşdığı zaman şəkil çəkdirmək üçün düzülmüş vəziyyətdə lentə alınıb.

Digər şəkildə başına sankı süfrə parçası bağlamış qadın əlində qılınc və qiyməkeş oynadaraq kadra düşüb. Bir müddətdən sonra mənim yadıma düşdü ki, həmin qadını məktəbdə də görmüşdüm – müsəlmanların hücumlarından danışan da elə həmin bu qadın imiş. Şəkildəki bir kişini də, yenə də elə həmin məktəbdə hindu ailələri arasında görmüşdüm. Beləliklə, bizə verilmiş fotolar saxta idi. Görünür yanğınların müsəlmanlar tərəfindən törədildiyinə inandırmaq üçün edilmişdi.

Foto: Jurnalistlərə paylanan şəkillərdə, iddia edildiyi kimi, evlərə od vuran narıncı rəngli paltarda müsəlman qadını əks olunub.

Foto: Lakin sonradan BBC həmin qadını Hindu kəndində aşkar edib

Bizim, polkovnik Fone Tint ilə görüşümüz oldu. O, sərhəd təhlükəsizliyinə cavabdeh olan yerli rəsmi idi. O, Arakan Rohinca Qurtuluş Ordusu silahlılarını "Benqal terrorçuları" adlandıraraq onların Rohinca kəndlərini necə nəzarət altına aldıqlarından, kənddəki hər evdən bir kişinin dəstəyə səfərbər edildiyindən danışdı. “Tabe olmayanların evlərinə od vurulurdu”,- deyə polkovnik qeyd etdi. O, silahlıları ərazini minalamaqda və üç körpünü partlatmaqda ittiham etdi.

Mən ondan soruşdum ki, o, kənddəki onlarla evlərin silahlılar tərəfindən yandırıldığını iddia edir? Polkovnik təsdiqlədi ki, hökumətin mövqeyi məhz belədir. Hərbiyyənin törətdiyi qəddarlıqlar barədə sualdan isə polkovnik yayındı.

Polkovnik Rohinca qadınlarının zorlandıqları barədə dediklərini nəzərdə tuturaq dedi: "Hanı sübut? Bunları söyləyən qadınlara bir baxın. Onları kim zorlamaq arzusuna düşər?"

Foto: Polkovnik Fone Tint iddia edir ki, kəndlərə od vuran müsəlman silahlılarıdır

Maungdavda gördüyümüz bir neçə müsəlman kameraya danışmağa ürək etmədi. Bizim bələdçilərimizdən uzaqda isə, müsəlmanlar təhlükəsizlik qüvvələrinin onlara ərazini tərk etməyə icazə vermədiyi, ərzaq qıtlığı və vahimə hissindən danışdılar. Bir cavan oğlan Banqladeşə qaçmaq istədiyini, lakin yerli ağsaqqalların rəsmilərlə ərazini tərk etməmək barədə müqavilə imzaladıqlarını bildirdi. Sükuta qərq olmuş yerli Benqal bazarında bir kişidən ən çox nədən qorxduğunu soruşdum. “Hökumətdən”, -deyə o cavab verdi.

Foto: Sərhədsiz Həkimlər təşkilatının nəzarəti altında fəaliyyət göstərən xəstəxanadan yalnız külü qalıb.

Maungdavdan sonra Alel Than Kyav şəhərinə gəldik. Burada bütün kəndlər tamamilə boş idi. Qayıqlar, malqara başsız qalmışdı. İnsan gözə dəymirdi.

Alel Than Kyav yerlə yeksan edilmişdi.

Hətta burada Medecins Sans Frontieres (Sərhədsiz Həkimlər) beynəlxalq təşkilatının nəzarəti altında işləyən xəstəxana da yandırılmışdı. Şimal istiqamətində də nələrinsə tüstüləndiyini görmək mümkün idi. Odlu silahdan açılan atəş səsləri eşidilirdi. Zənn etdiyimizə görə, növbəti kəndlərə, görünür, od vurulurdu. Polis leytenantı Aung Kyav Moe bizə müsəlmanların hücumundan danışdı. Onun təbirincə, o, qeyri-müsəlmanları qorumaq üçün, onları kazarmalara yerləşdirdi. Bundan sonra polis əməkdaşları hücum edənlərlə döyüş apardı. Üş saat çəkən döyüş nəticəsində 18 nəfər öldürüldü – 17 silahlı və bir immiqrasiya məmuru. Həmin hadisənin ardınca müsəlman sakinlər ərazini tərk etdi. Lakin polis zabiti şəhərdə indiyədək evlərin niyə közərdiyini, tüstünün niyə qalxdığını aydın izah edə bilmədi.

Onun təbirincə, mümkündür ki, şəhərdə hələ də bir neçə müsəlman qalıb, evləri də elə onlar yandırır.

Lakin Alel Than Kyavdan geri qayıdan zaman gördüyümüz, fərqli bir təsəvvür yaradırdı. Yolun yaxnlığında yerləşən bir kənddən qalın tüstü qalxırdı. Həmin kənddə yanğın təzəcə başlamışdı.

Foto: Gav Du Thar Ya kəndi od içindədir, kənddən tüstü qalxır

Bizi müşayiət edən polisə dedik ki, maşın karvanımızı saxlasın. Maşınlarımız dayandıqdan sonra, biz yanğın görünən istiqamətdə qaçmağa başladıq, polislər arxada qaldı. Kəndin hər bir yerindən yanğın səsi və yanan ağac cırıltısı eşidilirdi.

Müsəlman qadın paltarı yola sərilmişdi, palçığa basılmış vəziyətdə. Əzələli və əllərində qılınc və maçete olan gənclər, özlərini itirmiş kimi biz, jurnalistlər tərəfə baxırdı. Onlar kamerdan yayınmağa çalışırdı. Bizi gördükdə, həmin gənclər tələm-tələsik kənddən çıxdılar. Onlar Raxin buddistləri olduqlarını bildirdilər. Həmkarlarımdan biri onlardan biri ilə qısa söhbət aparmağa müvəffəq oldu. Həmin adam polisin köməyi ilə evlərə od vurduqlarını etiraf etdi. Kəndə daxil olanda damı təzəcə yanmağa başlamış mədrəsəni gördük. Ərəb dilində yazılmış məktəb dərslikləri ətrafa səpələnmişdi. Yerə atılmış və benzin iyi verən plastik küpə gözə dəyirdi.

Kəndin adı belə idi: Gawdu Thar Ya. Bu, müsəlman kəndi idi. Kənddə yerli sakinlərdən əsər-əlamət yox idi. Kəndə od vuran Raxin kişiləri polisin yanından ötərək ərazini tərk edirdilər, bəziləri isə özləri ilə qarət etdikləri ev əşyalarını da aparırdı. Yanğın bir neçə polis kazarmasının yerləşdiyi ərazinin yaxınlığında baş vermişdi. Onlardan isə heç kim hadisənin qarşısını almağa cəhd göstərməmişdi. (Strateq.az)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Hamısı