Venesuela hökuməti neft ixracatçılarını ölkənin bundan sonra hesablaşmaları ABŞ dollarında aparmayacağı ilə bağlı məlumatlandırıb.
Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb.
Rəsmi Karakasın bunun hesabına ölkə iqtisadiyyatına Amerika sanksiyalarının təsirini azaltmağı nəzərdə tutduğu bildirilir. Artıq ölkə neft satışında hesablaşmaları avro ilə etməyə başlayıb.