Əlavə dəyər vergisinin (ƏDV) sürətli qaytarılması sisteminin (“Fast Refund”) işə salınması ilə İspaniyaya Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn turistlər üçün ƏDV onların birbaşa bank kartlarına qaytarılacaq.
vergilər.az saytı xəbər verir ki, verginin qaytarılması üçün turistlər İspaniyanı tərk etməzdən əvvəl gömrükdə qəbzləri möhürlətməlidirlər.
Ekspertlərin rəyinə görə, ƏDV-nin sürətli qaytarılma sistemi turizm alış-verişinin stimullaşdırılmasına xidmət edəcək. Gözlənilir ki, ƏDV-nin sürətli qaytarılması sisteminin tətbiqi xarici turistlərin İspaniyada daha çox pul xərcləməsinə gətirəcək.
İspaniyada Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşları ƏDV-ni yalnız kiçik alğı-satqı əməliyyatları zamanı, yəni gündə 90,16 avro alışlar zamanı qaytara bilərlər. Turizm şəhərlərində mağazaların əksəriyyəti turistlərə “Tax Free” rəsmiləşdirilməsini təklif edir. Alğı-satqı məbləğindən maksimal qaytarılan hissə isə 16 faiz təşkil edir.