İŞİD terror qruplaşması Londonun “Parsons Green” metrostansiyasında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki “Parsons Green” stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.
Hadisə zamanı 29 nəfər yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir.