O geyiminin 3,5 km-lik arxasını şagirdlərə daşıtdırıb
Şri Lankada gəlin fatasına görə məhkəməyə düşüb. Kendi şəhərində toy edən cütlük fərqli addım atmaq istəyib. O, gəlinliyi üçün 3,5 km uzunluğunda duvaq hazırladıb.
Rekord ölçülü duvağı daşımaq isə şagirdlərin öhdəsinə düşüb. Gənc qız bu işi görmək üçün bir məktəbin qız şagirdlərini toplayıb.
Dövlət məktəbindən bu iş üçün nə az, nə çox düz 250 şagird ayrılıb. Onlar gəlinin saresinin fata funksiyası görən hissəsini əsas prospektlərdən biri ilə aparıblar. Daha 100 şagird isə gülləri daşımaqla vəzifələndiriliblər.
Lakin uşaqların müdafiəsi qurumu şagirdlərin bu işə cəlb edilməsini onların əməyindən sui-istifadə kimi qəbul edib və məhkəməyə müraciət edib. Nəticədə adı açıqlanmayan cütlük məhkəməlik olub.
Qurumun sədri Marini de Livera uşaqların dərs saatında belə bir iş üçün istifadəsini cinayət adlandırıb. O, gəlin və bəyin azı 10 il həbs ala biləcəyini də deyib. (istipress)