“Saudi Arabian Airlines” hava yolları şirkətinin ekipaj komandiri enişə az qalmış ürək tutmasından dünyasını dəyişib.
Təyyarə Bişadan Ər-Riyada uçurmuş. Onun göyərtəsində 220 nəfər olub.
İkinci pilot qəza enişi etməyə məcbur olub və təyyarəni uğurla endirib.
Hava yolları şirkətindən bildirib ki, ikinci pilot tez bir zamanda təşəbbüsü ələ alıb və sərnişinlər üçün təhlükə yaranmayıb.