Türkiyə İŞİD-in Suriyada ələ keçirilən liderlerindən biri olan fransız əsilli Conatan Gefroyu Fransaya ekstradisiya edib.
“Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu tərəfindən yaxalanan fransız terrorçu Əbu İbrahim əl-Fransi ölkəsinə təhvil verilib.
Gefroyun ölkəsində olduğu zaman İŞİD-ə qoşulmaq üçün könüllülər topladığı bildirilib. Onun ölkəsində dindirilməsindən sonra İŞİD-in bir sıra mühüm əlaqələrinin ortalığa çıxacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə bu günə qədər Fransaya İŞİD sıralarında vuruşmuş 200-dən çox terrorçunu təhvil verib.