İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb.
Bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı məlumat yayıb. Onun Urmiyada 11 ev, 1 böyük ticarət mərkəzi və 1 otel-restoran aldığı bildirilib. Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı vurğulanıb.
Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığını bildirir.
Qeyd edək ki, kürd terror qruplaşmaları və radikal kürd qüvvələrinin Güney Azərbaycanın qərb bölgəsinə ərazi iddiaları var.(axar.az)