Səudiyyə Ərəbistanın şahı Salman ibn Əbdül-Əziz Əl Səudun sərəncamına əsasən, ölkədə qadınlar üçün sürücülük məktəbi açılacaq.
Al Arabiya agentliyi xəbər verir ki, məktəb şahzadə Nuranın universitetinin nəzdində açılacaq.
Xatırladaq ki, sentyabrın 26-da şah Salman ibn Əbdül-Əziz Əl Səud qadınlara avtomobil sürməyə icazə verib. (Oxu.Az)