Rusiyanın məşhur “Fizruk” ("Физрук") serialının gənc aktyoru Eqor Klinayev avtomobil qəzasında vəfat edib.
Eqor yolda baş verən qəzada yaralılara kömək etmək üçün onlara yaxınlaşıb. Bu zaman arxadan gələn maşın qəzanı görmədiyi üçün avtomobili saxlamayıb. Sürücü 3 nəfəri maşınla vurub ki, bunlardan biri də Klinayev olub.
Gənc aktyor yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Eqor yeni çəkilmiş “Küçə” ("Улица") layihəsində də yer alıb. Ekran işi bu ay təqdim olunacaq.(axsam.az)