İstanbul-Buxarest reysini həyata keçirən təyyarə Vyanada təcili eniş edib.
Buna səbəb “Turkish Airlines” şirkətinə məxsus təyyarədə baş verən tüstülənmə olub.
Hadisə yerinə dərhal yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib.
Hadisənin səbəbləri məlum deyil.