Myanmalı müsəlmanları Naf çayı vasitəsilə Banqladeşə daşıyan qayığın batması nəticəsində 10-u uşaq olmaqla 12 nəfər ölüb.
Qayıq oktyabrın 9-da gecə saatlarında Banqladeşin Şah Porir Dvayp məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Xilasetmə tədbirləri nəticəsində 13 nəfər xilas edilib. İtkin düşən daha 25 nəfərin xilas edilməsi üçün axtarış tədbirləri həyata keçirilir.
Myanmalı müsəlmanlar buddistlərin və yerli polislərin təqibindən qurtulmaq üçün qonşu ölkələrə sığınırlar.