Suriyada terrorçulara qarşı aparılan mübarizə göstərir ki, qırıcılarımızın tayı-bərabəri yoxdur.
Bu sözləri rusiyalı hərbi ekspert Andrey Koşkin deyib.
Lakin ekspert bildirib ki, terrrorçular üzərində qələbə hələ çox uzaqdadır:
“Hər şeyin sürətli və asan olmadığını qəbul etmək lazımdır. Deyr əz-Zoru mühasirədən xilas etdik və indi problemin olmayacağını demək sadəlövhlükdür. Təəssüf ki, İraqdan gələn yaxşı hazırlanmış terrorçular var. Onları gözləyən anbarlar var. Bu anbarların ortaya çıxarılması lazımdır”, - Koşkin bildirib.