Moskvada, “Novoslobodskaya” metrosu yaxınlığında güllələnən erməninin qətl səbəbi məlum olub.
REN TV qatilin sahibkar əvəzinə səhvən erməni sürücünü güllələdiyini qeyd edib. Aydın olub ki, öldürülən 38 yaşlı Georgi K. az öncə biznesmen və idmançının sürücüsü təyin edilib, buna qədər isə adi taksi sürücüsü kimi fəaliyyət göstərib.
Telekanal əslində qatilin hədəfinin 33 yaşlı iş adamı və idmançı Leça Serbiyev olduğunu bildirib. L.Serbiyev 2013-cü ildə Soçidə keçirilən açıq dünya çempionatında birinci yerə çıxıb. Bəzi məlumatlara görə, onun külli miqdarda borcu var.
Bütün ehtimallara görə, killerin hədəfi idmançı olub. Amma erməni sürücünü maşının sahibi bilib və səhvən onu güllələyib.
Qeyd edək ki, oktyabrın 16-da Georgi Aqapcanov adlı “erməni biznesmen” kimi təqdim edilən şəxsin güllələndiyi bildirilmişdi. (Axar.az)