SSRİ-nin uğurları kütləvi qurbanlarla əldə edilməyib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov söyləyib.
“32 il ərzində bütün quldurlar, satqınlar da daxil olmaqla, 829 min nəfər güllələnib. 1921-ci ildən 1953-cü ilə qədər olan əsl rəqəmlər bunlardır”, – deyə o, Stalin repressiyaları haqqında danışarkən deyib.
Züqanovun fikrincə, Rusiya siyasi sisteminə həddən artıq partiya gərək deyil:
“Amerika kimi ölkədə iki partiya mövcuddur. İngiltərə, Fransa, Almaniya, Yaponiyada da təxminən eyni sistemdir. Bizdə isə 77 partiya mövcuddur. Onlar kimə lazımdır?”.